525.Az

Polşa Ukraynaya internet dəstəyini kəsir


 

Polşa Ukraynaya internet <b style="color:red"> dəstəyini kəsir</b>

Polşa Ukraynaya internet yardımını kəsəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini və informasiya naziri Kşiştof Qavkovski sosial media hesabında paylaşım edib.

O, açıqlamasında Polşa prezidenti Karol Navrockinin ukraynalılara yardımı genişləndirən qanun layihəsinə veto qoymasını tənqid edib.

"Bu da Polşanın müharibənin davam etdiyi Ukraynaya verdiyi Starlink internetinin sonu. Bu, həm də Ukrayna hökumətinin məlumatlarının mühafizəsinə verilən dəstəyin sonudur", - deyə Qavkovski vurğulayıb.

O, əlavə edib ki, Ukraynanın internetinin kəsilməsi Rusiya ordusuna bir “hədiyyədir”.

İbrahim Cəfərov

 





25.08.2025    çap et  çap et