525.Az

Bakıda orta illik inflyasiya 7 faizə yaxın olub


 

Bakıda orta illik inflyasiya 7 faizə yaxın olub<b style="color:red"></b>

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 106.9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz, qeyri-qida məhsulları üzrə 105,3 faiz təşkil edib.

525.az-a Dövlət Statistika İdarəsindən verilən məlumata görə, bu dövrdə əhaliyə göstərilən ödənişli xidmətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5% bahalaşıb.

Qeyd edək ki, cari ilin I yarımilində Bakıda orta illik inflyasiya 7% idi.

Xatırladaq ki, Azərbaycanda istehlak qiymətləri indeksi cari ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.

 





26.08.2025    çap et  çap et