525.Az

"Bu sektoru dövlət də prioritet sahə kimi görmür" - İqtisadçı


 

"Bu sektoru dövlət də prioritet sahə kimi görmür" - <b style="color:red">İqtisadçı</b>

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əvvəlki ilin müvafiq dövrünə nisbətən tütün istehsalında 56,8 faiz azalma olub. Tütün məhsulları üzrə dövlət subsidiyası əvvəlki illərlə müqayisədə azalıb. Eyni zamanda, suvarma, gübrə və texnika kimi əsas resurslara çıxış da çətindir. Bu səbəbdən fermerlər daha gəlirli sahələrə – məsələn, tərəvəzçilik və bağçılığa keçirlər”.

İqtisadçı ekspert Natiq Cəfərli bunu 525.az-a deyib. Onun sözlərinə görə, tütün sənayesi ölkədə əvvəl strateji sahə idi. Lakin qlobal anti-nikotin siyasəti və daxili bazarda tələbin azalması səbəbilə, bu sahəyə maraq zəifləyib. Dövlət də artıq bu sektoru prioritet sahə kimi görmür.

Sevinc QARAYEVA

 





26.08.2025    çap et  çap et