Finlandiya prezidenti Aleksandr Stubb ABŞ lideri Donald Trampın Rusiyaya qarşı səbrinin tezliklə tükənəcəyinə ümid edir.
525.az “Yle” nəşrinə istinadən xəbər verir ki, bu barədə prezident brifinqdə deyib.
“Biz davamlı sülhə nail olmaq, Ukraynanın ərazi bütövlüyünü mümkün qədər qoruyub saxlaması üçün əlimizdən gələni edəcəyik”, - Stubb söyləyib.
Finlandiya liderinin fikrincə, Putini sülhə yalnız Rusiya ilə ticarəti davam etdirən və ya onun hərbi sənayesinə kömək göstərən ölkələrə tariflərin tətbiqi ilə məcbur etmək olar.
Onun sözlərinə görə, Putini sülhə inandıra biləcək insanlar Qərbdə deyil, Şərqdədir.
Daha əvvəl Stubb deyib ki, Putin Ukrayna ilə sülh üçün qəsdən qeyri-real şərtlər qoyur və bu şərtlər yerinə yetirilə bilməz.
Pərvanə Sultanova
çap et