525.Az

“Görüş olmasa, Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək” - Kansler


 

“Görüş olmasa, Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək” -<b style="color:red"> Kansler</b>

Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə görüşməsə, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirəcək.

525.az xəbər verir ki, bu barədə kansler Berlində Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransında deyib.

“Artıq növbə Moskvanındır. Rusiya bu addımı atmasa, o zaman təzyiqləri artırmaq lazım gələcək. Biz bunun üçün Avropa İttifaqında yeni sanksiyalar üzərində işləyirik. Amerika prezidenti də  öz növbəsində yeni cəza tədbirlərini istisna etməyib", - Merts bildirib.

Kansler, həmçinin xatırladıb ki, Tramp üçtərəfli danışıqların aparılmasını təklif edib, onunla Putin və Zelenski arasında danışıqlar var, belə olan halda bu, növbəti addım məntiqli addım olardı.

Pərvanə Sultanova

 





26.08.2025    çap et  çap et