Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda yerli vaxtla 10:29-da 4.2 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar 9.07 km dərinlikdə baş verib.
Zəlzələ zamanı hər hansı dağıntı baş verməsə də, insanlar arasında qısamüddətli narahatlıq yaşanıb. Bu da səbəbsiz deyil. Çünki avqustun 10-da eyni ərazidə 6.1, avqustun 13-də isə 4.2 və 3.5 bal gücündə zəlzələ olub.
İbrahim Cəfərov
çap et