İsrail pilotsuz təyyarələrlə Suriyanın paytaxtı Dəməşqdəki Qusvah bölgəsinə hücum təşkil edib.
525.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası “Əl-İxbariyyə” məlumat yayıb.
Bildirilib ki, İsrail PUA-ları dünən günortadan sonra Suriya ordusuna məxsus bir neçə mövqeni hədəfə alıb. Zərbələr nəticəsində 6 suriyalı hərbçi həlak olub.
Xatırladaq ki, dünən “Əl-İxbariyyə” İsrail işğalçı qüvvələrinin Quneytranın şimalındakı Tiranca kəndində bir evə hücumu nəticəsində bir mülki vətəndaşın həlak olduğu barədə məlumat yaymışdı.
Suriya Xarici İşlər Nazirliyi yaydığı açıqlamada İsrailin hücumlarını qətiyyətlə pisləyib.
İbrahim Cəfərov
çap et