Kreml Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində mümkün görüşü şərh etməyib.
525.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, Moskvada Putinin ikitərəfli görüşlərinin cədvəli hazırlanır.
"Hazırda ikitərəfli görüşlərin cədvəlini hazırlayırıq, bu, çinli dostlarımızın təşkil edəcəyi tədbirlərə daxil edilməlidir. Cədvəl yekunlaşdıqdan sonra məlumat verəcəyik", - Peskov söyləyib.
Pərvanə Sultanova
çap et