525.Az

Meloni Ukrayna üçün təhlükəsizlik təminatının əsas modelini açıqlayıb


 

Meloni Ukrayna üçün təhlükəsizlik təminatının əsas modelini <b style="color:red"> açıqlayıb</b>

"Avropa Ukraynanın təhlükəsizliyinə zəmanət verən əsas mexanizm kimi NATO Nizamnaməsinin kollektiv müdafiə haqqında 5-ci maddəsinə oxşar modeli nəzərdən keçirir”.

525.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Giorgia Meloni bildirib.

“İtaliya həmişə qeyd edib ki, sülhün açarı Ukrayna üçün etibarlı təhlükəsizlik təminatıdır. Biz buradan başlamalıyıq və bu, yaxın günlərdə Vaşinqtonda avropalılar, amerikalılar və Ukrayna arasında keçirilən görüşdə də təsdiqləndi”, - Baş nazir deyib.

Əlavə edib ki, NATO Nizamnaməsinin 5-ci maddəsindən (kollektiv müdafiə haqqında) ilhamlanan mexanizmə əsaslanan İtaliyanın təklifi indi müzakirələrdə ön sıradadır.

Pərvanə Sultanova

 





27.08.2025    çap et  çap et