“Rusiya Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ehtimalına mənfi münasibət bəsləyir”.
525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“Bizim münasibətimiz mənfidir”, - o söyləyib.
Peskov qeyd edib ki, Avropa qoşunları yoxdur, konkret ölkələrin qoşunları var və bu ölkələrin əksəriyyəti NATO üzvüdür.
Onun sözlərinə görə, məhz NATO-nun hərbi infrastrukturunun Ukraynada yerləşdirilməsi münaqişənin əsas səbəblərindən birinə çevrilib.
Pərvanə Sultanova
çap et