525.Az

Kamal Kılıçdaroğluna ayaqqabı atan şəxs sərbəst buraxıldı


 

Kamal Kılıçdaroğluna ayaqqabı atan şəxs sərbəst buraxıldı <b style="color:red"></b>

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna ayaqqabı atdığına görə polis tərəfindən saxlanılan şəxs sərbəst buraxılıb. 

APA-nın “Sabah”a istinadən verdiyi məlumata görə, Ankarada “Təqaüdçülərlə görüş” adlı toplantıya qatılan CHP lideri Kamal Kılıçdaroğluna tədbir zamanı qəfildən bir iştirakçı tərəfindən ayaqqabı atılıb. Mətbuatda adı Yunus Emrah kimi keçən şəxs Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsində dindirilib.

Saxlanılan şəxs polisə ifadə verdikdən sonra prokurorluğun təlimatı ilə sərbəst buraxılıb.  

 

 





10.01.2015    çap et  çap et