525.Az

Ukraynalı jurnalist Polşa prezidentini canlı efirdə təhqir etdi


 

Ukraynalı jurnalist Polşa prezidentini <b style="color:red"> canlı efirdə təhqir etdi</b>

Ukraynalı jurnalist Vladimir Mazurenko qonaq olduğu verilişdə Polşa prezidenti Karol Navrotskini təhqir edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Navrotskini türmədə olan kriminal avtoritetlə, özü də həbsxana jarqonunda müqayisə edib.

Aparıcı jurnalistə həddini aşdığını işarə etsə də, Mazurenko daha da əsəbiləşib və Polşa prezidentinin ünvanına başqa ittihamlar səsləndirməklə yanaşı, aparıcını Ukrayna əleyhinə təbliğatda günahlandırıb. Bundan sonra jurnalist canlı yayımdan kənarlaşdırılıb. Qarşı tərəfin reaksiyası gecikməyib. Polşalı bir neçə siyasətçi Mazurenkonun Navrotskidən dərhal üzr istəməsini tələb edib.

Qeyd edək ki, Mazurenkoya 2019-cu ildə Polşa vətəndaşlığı verilib.

L.Tağıyeva

 





27.08.2025    çap et  çap et