525.Az

Əfqanıstanda avtobus qəzasında 25 nəfər ölüb


 

Əfqanıstanda avtobus qəzasında <b style="color:red"> 25 nəfər ölüb</b>

Əfqanıstanın paytaxtı Kabildə ağır yol qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər ölüb, 27 nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Əbdülmetin Kani açıqlama verib. O, avtobusunun yoldan çıxaraq aşdığını bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, qəza sürücünün səhlənkarlığı səbəbindən baş verib.

Məhəmməd Tağıyev

 





27.08.2025    çap et  çap et