ABŞ-nin Danimarkadakı yüksək səviyyəli diplomatik nümayəndəsi, müvəqqəti işlər vəkili Mark Strohu Xarici İşlər Nazirliyinə çağırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen deyib.
O bildirib ki, Strohu Xarici İşlər Nazirliyinə çağırılması prezident Donald Tramp və Ağ Evlə əlaqəsi olan ən azı üç ABŞ vətəndaşının Qrenlandiya və Danimarka arasında münaqişəni qızışdırmağa cəhd etməsi ilə bağlı iddialarla əlaqədardır.
“Krallığın daxili işlərinə hər hansı müdaxilə cəhdi, əlbəttə ki, qəbuledilməzdir”, - deyə Rasmussen bildirib.
Qeyd edək ki, hələlik Ağ Evdən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Məhəmməd Tağıyev
çap et