525.Az

Leopard evə soxuldu, əlil kişini parçaladı


 

Leopard evə soxuldu, əlil kişini parçaladı<b style="color:red"></b>

Hindistanda evə soxulan leopard 65 yaşlı yataq xəstəsi olan kişini parçalayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ştatının Kannad rayonunun Çxatrapati kəndində baş verib.

Vəhşi pişik aşağı ətrafları iflic olan Subaş Kakde adlı kişini evində öldürüb. Bir qədər sonra atasına baş çəkməyə gələn oğlu boğazından və qarnından ağır dişlək yarası alan qocanı xəstəxanaya çatdırsa da, həkimlər onun çoxdan öldüyünü bildiriblər.

Yerli hakimiyyət orqanlarının nümayəndələri Kakdenin ailəsinə kompensasiya ödəniləcəyi ilə yanaşı, leopardın axtarışlarına başlandığını da bildiriblər.

Qeyd edək ki, xəstə olduğu üçün bir müddət əvvəl Kakdeyə dövlət tərəfindən ev bağışlayıb. Amma evin qapıları quraşdırılmadığından sözügedən faciə yaşanıb.

L.Tağıyeva

 





27.08.2025    çap et  çap et