Çin sürətlə nüvə arsenalını genişləndirir və son iki il ərzində İngiltərənin indi malik olduğu qədər strateji silah əldə edib.
525.az xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini, general-leytenant Endryu Cebara deyib.
Onun sözlərinə görə, Çin illər əvvəl minimal çəkindiricilikdən bu gün gördüyümüz strateji sıçrayışa keçmək qərarına gəlib: "Onlar sürətlə tikib və sürətlə hərəkət edirlər. Bunu davam etdirəcəklər".
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2024-cü ildə demək olar ki, bütün nüvə gücləri daha müasir sistemlər əlavə edərək öz arsenallarını fəal şəkildə modernləşdirməyə davam ediblər. 2025-ci ilin yanvar ayına olan məlumata görə, dünyada 12 241 döyüş başlığı, potensial istifadə üçün anbarda 9 614 döyüş başlığı olub.
çap et