Bu gün Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxır.
525.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan "Ferensvaroş"unu Bakıda qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayıb.
Oyunu məşhur FİFA referisi, 2022-ci ildə Çempionlar Liqasının ("Liverpul" - "Real"), 2021-сi ildə isə Avropa Liqasının ("Vilyareal" - "Mançester Yunayted") final oyununun baş hakimi olmuş Kleman Tyurpen idarə edir.
Bu komandalar arasında ilk matçda "Qarabağ" 3:1 hesablı qələbə qazanmışdı.
"Qarabağ" "Ferensvaroş"u 2 oyunun cəmində də məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.
çap et