525.Az

Püşkatma nə vaxtdır? - “Qarabağ” üçün 8 rəqib


 

Püşkatma nə vaxtdır? - <b style="color:red">“Qarabağ” üçün 8 rəqib</b>

Bu gün "Ferensvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəlli olub.

525.az-ın məlumatına görə, yarışın Liqa mərhələsinin püşkü avqustun 28-də Monako şəhərində atılacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Tədbirdə "Qarabağ" klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.

Liqa mərhələsində "Qarabağ"ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyundanlardan 4-nü evdə, 4-nü isə səfərdə keçirəcək.

Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

 





27.08.2025    çap et  çap et