525.Az

26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək


 

26 ölkə lideri Çində qələbə paradında<b style="color:red"> iştirak edəcək</b>

Çin Sədri Si Cinpinin dəvəti ilə 26 xarici ölkə lideri sentyabrın 3-də Pekində keçiriləcək hərbi paradda iştirak edəcəklər.

525.az Çin mediasına istinadən xəbər verir ki, parad ölkənin Yaponiyaya qarşı müqavimət müharibəsində və İkinci Dünya müharibəsində qazandığı qələbənin 80 illiyinə həsr olunub.

Qeyd edilib ki, qonaqlar arasında Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, KXDR lideri Kim Çen In, İran prezidenti Məsud Pezeşkian, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Serbiya prezidentləri, həmçinin Slovakiyanın Baş naziri Robert Fitso və digər siyasətçilər var.

Hərbi parad Pekinin Tyananmen meydanında keçiriləcək.

Pərvanə Sultanova

 





28.08.2025    çap et  çap et