525.Az

Paşinyan gələn ay Rusiyaya səfər edəcək


 

Paşinyan gələn ay Rusiyaya <b style="color:red"> səfər edəcək</b>

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın sonunda Rusiyaya səfər edəcək.

525.az xəbər verir  ki, bu barədə o, brifinqdə deyib.

"Bilirəm ki, məni Rusiyada gözləyirlər. Mən də həmişə Rusiyaya səfər etmək üçün növbəti fürsəti gözləyirəm. Səfərim sentyabrın sonuna planlaşdırılıb”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, avqustun sonunda Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Pərvanə Sultanova

 





28.08.2025    çap et  çap et