Dünən gecə Rusiya Ukraynanın paytaxtı Kiyevi pilotsuz uçuş aparatları və raketlərlə hədəfə alıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, doqquz saatdan çox davam edən hücumlarda 3-ü uşaq olmaqla azı 14 nəfər həlak olub, 38 nəfər yaralanıb.
Ukraynanın prezidenti Vladimir Zelenski hücumdan sonra beynəlxalq ictimaiyyətə müraciət edib.
Kiyev Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko isə bildirib ki, Rusiya tərəfi sistematik olaraq yaşayış məntəqələrini hədəf alır.
Ukrayna hərbçiləri də cavab olaraq Rusiyanın Krasnodar və Samara bölgəsindəki neftayırma zavodlarına zərbələr endiriblər. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Ukraynanın hücumu nəticəsində 102 pilotsuz uçuş aparatı vurulub.
İsgəndər Həsənov
çap et