525.Az

Azərbaycan və Argentina investisiya imkanlarını artırır


 

Azərbaycan və Argentina investisiya imkanlarını artırır<b style="color:red"></b>

Azərbaycan və Argentina arasında investisiya imkanlarının artırılması müzakirə olunub.

525.az-a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bununla bağlı müzakirələr nazirin I müavini Elnur Əliyevlə Argentinanın ölkədəki səfiri Marianxeles Belluşi ilə görüşdə aparılıb.

Görüşdə investisiya, nəqliyyat-tranzit, texnologiya və digər istiqamətlərdə əməkdaşlığın inkişafı müzakirə edilib.

Ölkələr arasında iqtisadi sahədə hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. İnvestisiya, nəqliyyat-tranzit, texnologiya, kənd təsərrüfatı sahələri tərəfdaşlığın əsas prioritet istiqamətləri kimi diqqətə çatdırılıb. Həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

 





28.08.2025    çap et  çap et