525.Az

Meksika ABŞ-a poçt göndərişlərini dayandırıb


 

Meksika ABŞ-a poçt göndərişlərini <b style="color:red"> dayandırıb</b>

Meksika hökuməti yeni gömrük qaydalarına görə ABŞ-a poçt göndərişlərini müvəqqəti dayandıracağını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda iki ölkə arasında tariflərlə bağlı danışıqlar davam edir.

Meksikanın milli poçt xidməti “Correos de Mexico”, ABŞ prezidenti Donald Tramp administrasiyasının aşağı qiymətli paketlərə tətbiq edəcəyi yeni gömrük qaydalarına görə ölkəyə poçt və yük daşımalarını dayandırdıqlarını açıqlayıb.

“Meksika xidmətlərin nizamlı şəkildə bərpasını təmin etmək ABŞ hakimiyyət orqanları və beynəlxalq poçt təşkilatları ilə dialoqu davam etdirir”, - deyə açıqlamada bildirilib.

Məhəmməd Tağıyev

 





28.08.2025    çap et  çap et