525.Az

Almaniyada üzərində Putinin əksi olan sikkə buraxıldı


 

Almaniyada üzərində Putinin əksi olan sikkə buraxıldı<b style="color:red"></b>

Almaniyada dərc olunan "Compact" jurnalı üzərində Rusiya prezidenti Vladimir Putinin əksi olan gümüş sikkə buraxıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalın saytında məlumat yer alıb.

Şəkildən əlavə, üzərində "Patriot Vladimir Putin" sözləri həkk olunan sikkə rəsmi valyuta deyil və ancaq medal kimi istifadəsi nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən sikkənin birinin qiyməti 74 avro 95 sentdir.

L.Tağıyeva

 





28.08.2025    çap et  çap et