Polşada 2 nəfər ölkənin keçmiş səhiyyə naziri Adam Nedzelskiyə hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sedlse şəhərində baş verib.
Hücum edənlər keçmiş naziri vurarkən onun 5 il əvvəl pandemiya dönəmində verdiyi qərarların yanlış olduğunu qışqırmaqla yanaşı, Nedzelskini vətən xaini adlandırıblar. Dava-dalaş bir neçə saniyə çəkib. Bundan sonra hücum edənlər hadisə yerini tərk ediblər. Keçmiş nazir isə Voevodsk xəstəxanasına yerləşdirilib. Üzündən və ətraflarından xəsarət alan Nedzelskinin zədələri o qədər ciddi olmasa da, ilkin tibbi yardımdan sonra xəstəxanada saxlanılıb. Polis keçmiş nazirə hücum edənləri artıq müəyyənləşdirib. Onların adları açıqlanmasa da, 35 və 39 yaşlarında olduqları bildirilir.
Qeyd edək ki, Adam Nedzelski 2000-2003-cü illərdə Polşanın səhiyyə naziri olub, postundan ölkənin səhiyyəsində baş verən qalmaqaldan sonra öz istəyi ilə ayrılıb.
L.Tağıyeva
çap et