525.Az

Ərdoğan və Zelenski arasında telefonla danışığı olub


 

Ərdoğan və Zelenski arasında <b style="color:red"> telefonla danışığı olub</b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə telefon danışığı aparıb.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bu barədə “X” hesabında paylaşım edib.

Telefon danışığı zamanı tərəflər Ukrayna ilə Rusiya arasında sülh prosesini, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Alyaska və Vaşinqtonda keçirilən görüşləri diqqətdə saxladığını və Türkiyənin müharibəni sülhlə bitirmək üçün səylərini davam etdirdiyini bildirib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə sülhün bərqərar olması ilə yanaşı, Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcək.

İsgəndər Həsənov

 





28.08.2025    çap et  çap et