525.Az

Bakının iki rayonunda qaz kəsiləcək


 

Bakının iki rayonunda qaz kəsiləcək<b style="color:red"></b>

Bakının iki rayonunda qaz kəsiləcək.

525.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 29.08.2025-ci il saat 10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Kürdəxanı qəsəbəsinin, Zabrat qəsəbəsinin Yeni Sahə və Badamlıq yaşayış massivlərinin və Lökbatan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 





28.08.2025    çap et  çap et