525.Az

Polşada F-16 qırıcısı qəzaya uğradı


 

Polşada F-16 qırıcısı qəzaya uğradı<b style="color:red"></b>

Radom hava limanı yaxınlığında hazırlıq uçuşu zamanı F-16 qırıcısı qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı təyyarə alışıb, pilot həlak olub.

Hadisə 30-31 avqustda Radomda keçiriləcək beynəlxalq aviasərgiyə hazırlıq zamanı baş verib. Yerə yaxın məsafədə idarəetməni itirən pilot həm özünün, həm də təyyarənin məhvinə səbəb olub. Hadisə yerinə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış baş çəkib.

Radom aviasərgisində 20 ölkədən 150-dən çox təyyarənin iştirakı gözlənilirdi. Son anda təşkilat komitəsi qəza ilə əlaqədar sərgini təxirə salıb.

Qeyd edək ki, bu, ənənəvi Radom aviasərgisində ilk qəza deyil. 2009-cu ildə şou zamanı Belarusa məxsus Su-27 qırıcısı qəzaya uğramış, 2 pilot həlak olmuşdu. Bundan 2 il əvvəl isə 2 kiçik mühərrikli təyyarə havada ikən toqquşmuşdu.

L.Tağıyeva

 





29.08.2025    çap et  çap et