525.Az

“Nüvəsizləşmə və nüvə sınaqlarından imtina üçün səylər göstərməliyik” - Tokayev 


 

“Nüvəsizləşmə və nüvə sınaqlarından imtina üçün səylər göstərməliyik” - <b style="color:red"> Tokayev </b>

"Bu gün Nüvə Sınaqlarına qarşı Beynəlxalq Fəaliyyət Günüdür. Bu anım tarixi Qazaxıstanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən təsis edilib”.

525.az xəbər verir ki,  bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “X” hesabında paylaşım edib.

“Xalqımız atom silahı sınaqlarının ən ağır nəticələrinin qurbanı olub. Bu faciə təkrarlanmamalıdır. Gələcək nəsillər naminə biz sülhü möhkəmləndirməli, beynəlxalq əməkdaşlığı inkişaf etdirməli, nüvə tərksilahına nail olmaq və nüvə sınaqlarından imtina etmək üçün səylər göstərməliyik. Sülh və təhlükəsizlik bütün bəşəriyyəti birləşdirən ali dəyərlərdir”, - Prezident vurğulayıb.

Qeyd edək ki, BMT Baş Məclisinin 2009-cu il dekabrın 2-də keçirilən 64-cü sessiyasında avqustun 29-u Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü kimi təsis edilib.

Pərvanə Sultanova

 





29.08.2025    çap et  çap et