525.Az

Azərbaycanda problemli kreditlərin məbləği 17 faizə yaxın artıb


 

Azərbaycanda problemli kreditlərin məbləği 17 faizə yaxın artıb<b style="color:red"></b>

Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 529,4 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,4 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,9 %, son 1 ildə isə 16,7 % artıb.

İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət iyunun sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il iyulun sonuna isə 1,7 % olub. 

 





29.08.2025    çap et  çap et