525.Az

Azərbaycan klubunda 3 yeni müqavilə


 

Azərbaycan klubunda 3 yeni müqavilə<b style="color:red"></b>

Azərbaycan 1-ci liqası təmsilçisi "Zaqatala" 3 futbolçusu ilə yeni müqavilə imzalayıb.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kənan Müslümov, Roini İsmayılov və Sərxan Abdullayevlə müqaviləni uzadıb. Hər 3 futbolçu daha 1 il bölgə klubunun formasını geyinəcək.

Qeyd edək ki, "Zaqatala" ötən mövsüm 1-ci liqada 5-ci yeri tutub.

 





29.08.2025    çap et  çap et