“Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüşün keçirilməsi ehtimalını istisna etmir, amma bu, yaxşı hazırlanmalıdır”.
525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Mən prezident Putinin mövqeyini xatırladacağam. O, belə bir görüşün keçirilməsi mümkünlüyünü istisna etmir, lakin hesab edir ki, ən yüksək səviyyədə istənilən görüş yaxşı hazırlanmalıdır”, - Kreml nümayəndəsi bildirib.
Pərvanə Sultanova
çap et