525.Az

Azərbaycanı Parisdə Əli Əhmədov təmsil etdi


 

Azərbaycanı Parisdə Əli Əhmədov təmsil etdi<b style="color:red"></b> Bu gün Parisin Respublika meydanında keçirilmiş  həmrəylik yürüşündə Azərbaycanı baş nazirin müavini Əli Əhmədov təmsil edib.
 
Bu barədə APA-nın Parisə ezam olunmuş müxbirinə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib. 
 
Məlumata görə, Ə. Əhmədov yürüşə qatılıb.
 
Qeyd edək ki, bu gün Parisdə baş vermiş terror aksiyalarından sonra birlik və həmrəylik aksiyası keçirilib. Aksiyada dünyanın 50-dən çox ölkəsinin hökumət və dövlət rəhbərləri, diplomatik korpus nümayəndələri, həmçinin dini konfessiyaların təmsilçiləri iştirak ediblər.
 
Polis aksiyada 1 milyon 300 minə qədər insan iştirak etdiyini açıqlayıb.
 





12.01.2015    çap et  çap et