Birləşmiş Ştatların dövlət katibi Marko Rubio cümə günü ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinə bundan sonra ABŞ Menecment və Büdcə Ofisinin direktoru Rassel Voutun rəhbərlik edəcəyini bəyan edib.
525.az xəbər verir ki, bu barədə Rubio "X" sosial şəbəkəsində yazıb.
"Prezident Trampa zarafatla bildirdim ki, dörd işim var. O, mənə işlərimdən birini dostum Rassell Vouta verməyimi söylədi. Mən də belə etdim. Yanvar ayından biz vergi ödəyicilərinə onmilyardlarla dollar qənaət etmişik. Bir sıra əsas proqramların kiçik hissəsi Dövlət Departamentinə verildikdən sonra USAİD rəsmi olaraq ləğvetmə rejiminə keçir. İndi Rass çoxdandır relsindən çıxmış agentliyin ləğvi prosesinə rəhbərlik edir", - o qeyd edib.
çap et