525.Az

7 yaşlı uşaq Elbrus dağına çıxmaqla rekord vurdu


 

7 yaşlı uşaq Elbrus dağına çıxmaqla rekord vurdu<b style="color:red"></b>

 

Rusiyalı 7 yaşlı Dimitri Nazarov Avropanın ən yüksək zirvəsini fəth edib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla o, Rusiyanın rekordlar kitabına düşməyi bacarıb.

Bunun üçün sadəcə, göstəricinin təsdiqlənməsi lazımdır. 1-ci sinif şagirdi dəniz səviyyəsindən 5621 metr yüksəklikdə yerləşən zirvəyə tək çıxmayıb. Ona atası Sergey və 3 təcrübəli alpinist yoldaşlıq edib.

Yeri gəlmişkən, dünyanın ən hündür zirvəsi olan Everestə qalxan ən gənc alpinist amerikalı Cordan Romerodur. O, 1996-cı ildə Everesti fəth edəndə 13 yaş, 10 ay, 10 günlük idi. 

L.Tağıyeva

 





29.08.2025    çap et  çap et