525.Az

Azərbaycan manatının dövretmə sürəti iyulda artıb


 

Azərbaycan manatının dövretmə sürəti iyulda artıb<b style="color:red"></b>

Bu il avqustun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,39 bənd təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,02 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,06 bənd az, ötən il avqustun 1-nə nisbətən isə 0,02 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

 





30.08.2025    çap et  çap et