525.Az

Rusiya ordusu Ukraynanın Sumı vilayətində 13 yaşayış məntəqəsini işğal edib


 

Rusiya ordusu Ukraynanın Sumı vilayətində 13 yaşayış məntəqəsini işğal edib<b style="color:red"></b>

Rusiya ordusu hazırda Ukraynanın Luqansk vilayətinin 99,7 %-nə  və Donetsk vilayətinin 79 %-nə nəzarət edir.

525.az-ın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

Onun sözlərinə görə, Luqansk Xalq Respublikasının tam nəzarətə alınması üçün 60 kv. km-dən az ərazi qalıb.

V.Gerasimov əlavə edib ki, Ukraynanın daha iki bölgəsinin böyük hissəsi - Zaporojye vilayətinin 74 %-i və Xerson vilayətinin 76 %-i Rusiya qüvvələrinin nəzarəti altındadır.

 





30.08.2025    çap et  çap et