525.Az

Azərbaycan nefti bahalaşıb


 

Azərbaycan nefti bahalaşıb<b style="color:red"></b>

Ötən həftə (25-31 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 69,49 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,574 dollar və ya 0,83% çoxdur.

525.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 69,74 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 69,3 dollar səviyyəsində olub.

Qeyd edək ki, öncəki həftə (18-24 avqust) Azərbaycan neftinin orta qiyməti 68,916 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 





01.09.2025    çap et  çap et