Türkiyə Przidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurasının Zirvə Toplantısı çərçivəsində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Ərdoğan enerji tərəfdaşlığının ölkəsi üçün strateji xarakter daşıdığını vurğulayıb.
Həmçinin Türkiyə prezidenti Vladimir Putini Türkiyəyə səfərə dəvət edib.
Qeyd edək ki, Ərdoğan Çində daha əvvəl bu ölkənin lideri Sin Cinpin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və digər liderlərlə görüşüb.
İsgəndər Həsənov
çap et