525.Az

Koloradoda hava limanında iki təyyarə toqquşub


 

Koloradoda hava limanında <b style="color:red"> iki təyyarə toqquşub</b>

ABŞ-nin Koloradoda ştatının Fort Morqan hava limanında eyni vaxtda eniş etməyə cəhd edən iki kiçik təyyarə havada toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.

İsgəndər Həsənov

 





01.09.2025    çap et  çap et