525.Az

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 650-ni keçib


 

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 650-ni keçib<b style="color:red"></b>

Bu gecə Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 2 dəfədən çox artıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirliyinin nümayəndəsi Abdul Matin Kani bildirib.

Günortaya olan məlumata görə, 650-dən çox insanın həyatını itirdiyi dəqiqləşib. Ölü sayının artması ehtimalı böyükdür.

Xatırladaq ki, bu gecə Əfqanıstanın Nanqanhar əyalətində 5,6 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub.

L.Tağıyeva

 





01.09.2025    çap et  çap et