525.Az

Pakistanda helikopter qəzaya uğrayıb


 

Pakistanda helikopter qəzaya uğrayıb<b style="color:red"></b>

Pakistanın Çilas şəhərində helikopter qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub.

Pakistanın Dyamer bölgəsindəki yüksəkrütbəli polis zabiti Əbdül Həmid helikopterin yeni uçuş-enmə zolağına enməyə cəhd edərkən qəzaya uğradığını bildirib.

Daha sonra bildirilib ki, qəza yerinə polis və axtarış-xilasetmə qrupları cəlb olunub.

Qəzanın ilkin səbəbi ilə bağlı təfərrüatlar açıqlanmasa da, qəzaya texniki xətanın səbəb olma ehtimalı var.

İsgəndər Həsənov

 





01.09.2025    çap et  çap et