Bu gecə Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 800-ü keçib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət nümayəndəsi Zabihulla Mücahid mətbuat konfransında bildirib.
Yaralıların sayı isə 2,5 minə çatıb. Hazırda dağıntılar altında qalanların xilas edilməsi istiqamətində intensiv iş aparıldığını söyləyən dövlət nümayəndəsi ətraf bölgələrdən də əlavə qüvvələrin cəlb edildiyini deyib.
Xatırladaq ki, bu gecə Əfqanıstanın Pakistanla sərhədində 5,6 (bəzi mənbələrdə 6,0) bal gücündə güclü zəlzələ baş verib.
L.Tağıyeva
çap et