Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurasının Genişləndirilmiş İclasında çıxış edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə lideri Fələstin xalqının illərdir məruz qaldığı vəhşiliklərdən danışıb, Qəzzada 63 min insan qətlə yetirildiyini bildirib:
“Körpələrin və uşaqların aclıqdan öldüyü bir vəhşiliyin dayandırılmamasının heç bir izahı yoxdur”.
Ərdoğan həmçinin Suriyada yeni dövrün başladığını söyləyib. O, Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğunu vurğulayıb: “Təhdidlərə qarşı birgə duracağıq”.
R.Ərdoğan qeyd edib ki, Türkiyənin istəyi münaqişəni diplomatiya yolu ilə həll etməkdir: “Ümid edirəm ki, məsləhətləşmələrimiz faydalı olacaq”.
İsgəndər Həsənov
çap et