Hindistan yenidən Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməyib. Bununla da Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) layihəni dəstəkləməkdən imtina edən yeganə ölkə olub.
525.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Baş nazir Narendra Modi bildirib ki, ölkələrin iri iqtisadi və infrastruktur layihələrinə daxil edilməsi həmin dövlətlərin suverenliyini pozmamalıdır. Suverenlikdən yan keçməklə belə layihələrə daxil olmaq etibarı və onun mənasını itirir.
Nümunə kimi Hindistanın Çabahar limanının və Beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə Hindistanın gördüyü işləri göstərib. Bu obyektlər Əfqanıstan və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Modi vurğulayıb ki, ölkələr arasında etibarlı əlaqə təkcə ticarəti stimullaşdırmır, həm də inkişaf və etibar imkanları açır.
Xatırladaq ki, Hindistan Çin-Pakistan iqtisadi dəhlizində iştirakdan imtina edib. Bu, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün əsas hissələrindən biridir.
Pərvanə Sultanova
çap et