525.Az

Braziliyada narkoloji klinikada yanğın - 5 nəfər ölüb


 

Braziliyada narkoloji klinikada yanğın - <b style="color:red"> 5 nəfər ölüb</b>

Braziliya federal dairəsinin Paranao rayonunda narkoloji klinikada yanğın olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 5 nəfər həyatını itirib, 11 nəfər isə yanıq xəsarətləri və tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər ölənlərin bağlı otaqlarda saxlandıqlarını bildiriblər. Başqa sözlə, onların xilas olmaq imkanları yox imiş. Hazırda yanaraq ölən xəstələrin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, narkoloji klinikanın rəhbəri ilkin ifadəsində qurumun son 5 ayda səhiyyə nazirliyinin lisenziyası və yanğın təhlükəsizliyinə görə vacib olan icazə olmadan fəaliyyət göstərdiyini etiraf edib.

L.Tağıyeva

 





01.09.2025    çap et  çap et