525.Az

15 ukraynalı Polşadan qovuldu


 

15 ukraynalı Polşadan <b style="color:red"> qovuldu</b>

Polşalı sərhədçilər 15 Ukrayna vətəndaşını ölkədən qovub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onların cəmiyyət üçün təhlükə yaratmalarıdır.

XİN-in sözçüsü Karolina Qaletska bu barədə açıqlama verərkən, qovulanların müxtəlif vaxtlarda Polşa ərazisində qanun pozuntularına, o cümlədən narkotik vasitələrin saxlanması, oğurluq, soyğun, saxta sənədlərin hazırlanması və s. yol verdiklərini bildirib.

Qeyd edək ki, deportasiya edilənlər 5-10 il müddətində Polşa ərazisinə buraxılmayacaq.

L.Tağıyeva

 





01.09.2025    çap et  çap et