525.Az

Nigeriyada sərnişin qayığı batıb - 13 ölü


 

Nigeriyada sərnişin qayığı batıb - <b style="color:red"> 13 ölü</b>

Nigeriyanın Zamfara əyalətində sərnişin qayığının çayda batması nəticəsində 13 nəfər ölüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sakinlərin Zamfara əyalətinin Birnin Magaji bölgəsində silahlı dəstə üzvlərinin hücumlarından xilas olmaq üçün mindiyi qayıq çayda batıb. Qəzada 13 nəfər həyatını itirib, 22 nəfər isə itkin düşüb.

Belə ki, səlahiyyətlilər bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artacağından ehtiyatlandığını bildirib.

Məhəmməd Tağıyev

 





01.09.2025    çap et  çap et