525.Az

Üç ölkənin XİN başçısı BMT-ni İrana qarşı sanksiyaları bərpa etməməyə çağırıb


 

Üç ölkənin XİN başçısı BMT-ni İrana qarşı sanksiyaları bərpa etməməyə <b style="color:red"> çağırıb</b>

İran, Rusiya və Çinin xarici işlər nazirləri Abbas Əraqçi, Sergey Lavrov və Van Yi BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək Təhlükəsizlik Şurasını “Avropa üçlüyü” ölkələrinin (Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı sanksiyaları bərpa etməsinin qarşısını almağa çağırıb.

525.az xəbər verir ki, bu barədə İran XİN “X” hesabında paylaşım edib. 

Keçən həftə “Avropa üçlüyü” ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatlnda vurğulanıb ki, onlar BMT Təhlükəsizlik Şurasını 30 gün ərzində İrana qarşı sanksiyaların bərpası üçün mexanizmin işə salınması barədə məlumatlandırıblar. 

"Biz BMT Təhlükəsizlik Şurasının üzvlərini Fransa, Almaniya və Böyük Britaniyanın sanksiyaların bərpası mexanizmini işə salmaq təşəbbüsünü rədd etməyə, beynəlxalq hüquq və çoxtərəfli diplomatiya prinsiplərinə sadiqliklərini təsdiq etməyə çağırırıq", - məktubun mətnində vurğulanıb. 

Nazirlər, həmçinin “Avropa üçlüyü”nü İran tərəfinə qarşı destruktiv yanaşmalarından əl çəkməyə çağırıblar.

Pərvanə Sultanova

 





01.09.2025    çap et  çap et