525.Az

“Vinni Pux və hamı...” Opera və Balet Teatrında


 

“Vinni Pux və hamı...” Opera və Balet Teatrında<b style="color:red"></b>

Fevralın 21-də Dövlət Akademik Opera və Balet Teatrında “Eksperiment” Moskva Musiqili Teatrı tərəfindən “Vinni Pux və hamı, hamı, hamı” adlı uşaq animasiya şousu təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru “Bremen musiqiçiləri” müziklinin, A.Aleksandrov adına iki dəfə Qırmızı Bayraq Ordenli Rusiya Ordusu Mahnı və Rəqs Ansamblının rejissoru, Əməkdar artist Boris Boreykodur. Tamaşada uşaqların çox sevdiyi Vinni Pux və onun dostları canlandırılacaq.

Gözəl musiqi, hədiyyələr, sürprizlər, oyunlar və müsabiqələr balacalara sevinc bəxş edəcək.

S.ABDULLAYEVA

 





12.01.2015    çap et  çap et